Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” üzrə qrant müsabiqəsi çərçivəsində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Sahibkarların Maliyyə Xəritəsi” layihəsinin son təlimi baş tutub.
“Biznesin qiymətləndirilməsi və maliyyə risklərinin idarə edilməsi” mövzusuna həsr olunan təlim zamanı iştirakçılara biznesin dəyərinin müəyyənləşdirilməsi, qiymətləndirmə prosesində nəzərə alınan əsas meyarlar, maliyyə risklərinin növləri və onların idarə olunması üsulları barədə ətraflı məlumat verilib.
Təlim “ECOVIS Azerbaijan" şirkətinin Maliyyə Meneceri Əlirza Əliyevin təqdimatında baş tutub.
Ümumilikdə 2 həftə davam edən təlim proqramının yekununda layihəni uğurla tamamlayan iştirakçılar sertifikatla təmin olunub.




