Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir - Foto


2025-ci il oktyabrın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sosial yardıma ehtiyacı olan uşaqlara dəstək məqsədilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş xeyriyyə konserti keçirilib.

Musiqi-poetik tədbiri Azərbaycan Uşaq Fondu, “Modern Poems”, “Gənc şairlər” uşaq ədəbi layihələri ilə birgə və M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın informasiya dəstəyi ilə təşkil edilib. Şeir, musiqi və rəqs vasitəsilə tamaşaçılara Azərbaycanın mənəvi dəyərləri, milli birliyi və mədəni irsi çatdırılıb.

Tədbirdə ədəbi layihələrin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova və Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli çıxış ediblər.

Gecənin proqramına şair və tərcüməçi Zaur Cəfərovun Azərbaycanın şəhər və rayonlarına həsr etdiyi şeirlər səsləndirildi.

Konsertdə “Gənc şairlər” uşaq ədəbi layihəsinin istedadlı iştirakçıları Aliyə Tağıyeva, Əminə Abdullayeva, Fateh Məmmədov, Tamerlan Məmmədov, Ayan Əmiraslanlı, Yasmin Dayanova, Alisa Tişkyeviç, Məryəm Babayeva, Banu Qorçiyeva, Nərmin Allahverdiyeva, Xədicə Nağıyeva, Cənnət Məmmədova, Emiliya Məmmədova, Diana Xanməmmədli, Albert Bloxin, İbrahim Əlimzadə, Rəna Hüseynzadə, Fərəhxanım Məmmədova, Məryəm Abbasova, Tamilla Əhmədova, Azizə Məmmədova, Xədicə Xəlilova və İmran Şıxıyev çıxış etdilər.

“Modern Poems” ədəbi layihəsinin iştirakçıları Lalə Həsənova, Türkan Bayramzadə, Cəbrayıl Muradov, Anar Hüseynov, Samirə Şıxıyeva, Aytac Tomarova, Günatay Hüseynova, Olqa Şalaeva, Aytən Həsənzadə, Əlisacid Qaşımzadə, Səbinə Əliyeva, Ayfəl Məmmədova, Nərmin Hacıyeva, Nərmin Musayeva, Ləman Həsənova, Bayram Məmmərrəmov və Ziba Rəsul da şeirlər söylədilər.

Konsertdəki musiqi və rəqs nömrələrini Bakı Musiqi Akademiyasının məzunu Ləman Qulamova, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ləman Cəfərova, musiqiçi və bəstəkar Murad Muradov təqdim etdilər. Tamaşaçılara “SanSara” Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının xoreoqraf-rejissor Diana Curkan və akademiyanın rəhbəri İrina Curkanın rəhbərliyi altında rəqs kollektivinin xoreoqrafik çıxışları maraqla qarşılandı.

Layihə iştirakçısı və aktrisa Renata Asyanovaya xeyriyyəçiliyə görə xüsusi təşəkkür bildirildi. İkinci Qarabağ müharibəsi veteranı Elmar Lətifovun və Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Reqina Kovalyovanın çıxışları tamaşaçılarda dərin təəssürat yaratdı.

Tədbirin sonunda Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Flora Naci, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bard Ələddin Yaqubov, “Vətənpərvərlərin Hüquqlarını Müdafiəsi” İctimai Birliyinin sədri Səyavuş Aslanov, şair Zaur Cəfərov çıxış edərək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirovaya dəstək və köməkliyinə görə təşəkkür etdilər.

Tədbirdə Xalq yazıçısı Natiq Rəsulzadə, Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Yazarlar Təşkilatının Koordinasiya Şurasının rəhbəri Eldar Əhədov, Abdulla Şaiq Ev-Muzeyinin direktoru Ülkar Talıbzadə, “Mir literaturı” qəzetinin baş redaktoru Elmar Şeyxzadə, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, kitabsevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdən əldə olunan vəsait Uşaq Fondunun himayəsində olan uşaqlara yardım məqsədilə yönəldilib.


MANŞET XƏBƏRLƏRİ