Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan MDB sammitində ikitərəfli ticarət dövriyyəsi ilə bağlı fikir ayrılığına düşüblər.
Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, Rusiya lideri Ermənistanın qarşılıqlı ticarətin həcminə dair qiymətləndirməsini qeyri-ciddi hesab edib.
“Bizim Ermənistanla indi nə qədər ticarət dövriyyəmiz olub?”, - Putin Paşinyana Avrasiya İqtisadi Birliyinin Ermənistan üçün üstünlüklərindən danışarkən soruşub.
“Bu il artıq 4 milyard dollar”, - Ermənistanın baş naziri cavab verib.
“Yox”, - Rusiya prezidenti razılaşmayıb: “Daha çox”.
“Keçən il təxminən 9 milyard dollar olub”, - baş nazir prezidentin sözlərinə düzəliş edib.
Putin: “Daha çox. Keçən il daha çox idi və bu il də daha çox olacaq. Bu, məlum məsələdir”.
Moskvanın iddiasına görə, 2024-cü ildə Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət sürətlə artıb və həcmi 11,7 milyard dollara çatıb.