“iPhone 17” üçün növbəyə duranlar: Bakıda gecədən nə qədər satış oldu?


Sentyabrın 26-da Azərbaycanda “iPhone 17” və “iPhone Air” seriyasının rəsmi satışlarına start verilib.

Gecə saat 00:01-dən etibarən “Apple”ın ölkəmizdəki rəsmi tərəfdaşı olan “Kontakt” satışlara başlayıb. Yeni modellərə maraq o qədər yüksək olub ki, cəmi 2 saat ərzində “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin bütün ilkin stokları tükənib.

Bəs, sentyabrın 26-sı gecə saat 00:01-dən bu gün günorta saat 15:00-a qədər neçə ədəd “iPhone 17” seriyası satılıb?

Məsələ ilə bağlı “Cebheinfo.az”ın sorğusuna cavab olaraq “Kontakt Home”dan bildirilib ki, brend satış rəqəmlərinin açıqlanmasına icazə vermir:

“Təəssüf ki, brend hansısa rəqəm açıqlamasına icazə vermir. Bu yanaşma “Apple”ın ölkə üzrə əməkdaşlıq etdiyi bütün satış şəbəkələrinə şamil olunur. Ona görə də bizə istisna edilə bilməz”.


MANŞET XƏBƏRLƏRİ