Əli Nağıyev təhlükəsizlik orqanları arasında çoxşaxəli əməkdaşlıq imkanlarından danışıb


Humanitar böhranlar zamanı səmərəli nəticənin əldə edilməsi kompleks yanaşma və dövlət qurumları, o cümlədən təhlükəsizlik orqanları və xarici tərəfdaşlar arasında effektiv qarşılıqlı fəaliyyətin qurulması sayəsində mümkün olur.

Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev III Bakı Təhlükəsizlik Forumunda bildirib.

DTX rəisinin sözlərinə görə, bu kontekstdə təbii fəlakətlərin, texnogen qəzaların və silahlı toqquşmaların əlamətləri, habelə kritik infrastrukturlara kiber və fiziki müdaxilənin edilməsi barədə niyyət və ya cəhdlərin erkən mərhələdə müəyyənləşdirilməsi olduqca vacibdir.

"Göründüyü kimi, humanitar böhranların qarşısının alınmasında təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır. Kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının əldə edilməsi və mübadiləsi, erkən xəbərdarlıq, strateji planlaşdırma, təşkilati-hüquqi mexanizmlərin inkişafi və humanitar strukturlarla koordinasiyalı fəaliyyət sahələrini də əhatə edir.

Təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin düzgün təşkili yalnız fövqəladə halların nəticələrini azaltmaqla məhdudlaşmır, eləcə də humanitar tədbirlərin həyata keçirilməsinə dəstək verməklə həm vətəndaşların rifahının yaxşılaşdırılması, həm də dövlətin təhlükəsizlik və legitimlik maraqlarının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır", - Əli Nağıyev vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ