Rusiya Zəngəzura belə “girəcək”: Kreml Overçuku göndərdi – Bakıdan fərqli istək


Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla iqtisadi münasibətlərdən danışıb. O, Bakı və Moskva arasında normal iqtisadi əlaqələrin olduğunu, iki ölkənin bir-birini yaxşı anladığını bildirib.

Overçuk yaxın zamanda Həştərxanda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinə diqqət çəkib. Onun sözlərinə görə, hər iki tərəf iclasda iqtisadi problemlərin olmadığını vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya tərəfi hələdə reallıqları qəbul etmək istəmir:

“Artıq 8 avqustda Vaşinqtonda baş tutan görüşdən sonra Rusiyanın istinad etdiyi bütün sənədlər qüvvədən düşmüş sayılır. Çünki, Moskva istəsəydi, daha əvvəl imzalanan üç tərəfli razılaşmalara əsasən Zəngəzur dəhlizi tez açıla bilərdi. Lakin, bunu etmədi. İndi isə əl-ayağa düşüb.

Rusiya Zəngəzura belə "girəcək": Kreml Overçuku göndərdi - Bakıdan fərqli istək
Məhəmməd Əsədullazadə

Ümumiyyətlə, bu dəhlizə ABŞ nəzarət edəcək. Kremlin bütün imkanları əlindən çıxıb. İstəyir ki, müəyyən bir razılaşmaya nail olsun. Fikrimcə, bundan sonra, Rusiya Cənubi Qafqazda hər hansı nəqliyyat yoluna nəzarət edə bilməyəcək. Yalnız kommunikasiya xətlərindən istifadə edə bilər.

Overçukun iştirakı ilə aparılan danışıq və açıqlamaları da yalnız Rusiyanın gələcəkdə dəhlizdən istifadə etməsi ilə bağlıdır. Çünki 10 noyabrda imzalanan üçtərəfli bəyənnamə qüvvədən düşüb. Moskva o sənədə istinad edə bilməz. Proseslər Cənubi Qafqazda ABŞ-ın vasitəçiliyi ilə aparılır. Rusiyanın Ermənistana təzyiqləri də müsbət nəticə verməyəcək”.


MANŞET XƏBƏRLƏRİ