Rusiyadan Azərbaycan açıqlaması: Bu, bizim üçün çox vacibdir


“Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq iki ölkə üçün çox vacibdir və münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə deyib.

“Yaxınlarda hökumətlərarası komissiyaların iclasını keçirdik. Hər iki tərəf qeyd edib ki, iqtisadi sahədə əməkdaşlığımız inkişaf edir. Rusiya ilə Azərbaycan arasında mövcud əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Münasibətləri yaxşılaşdırmağa çalışırıq”, - Overçuk Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasının mümkünlüyü barədə sualı cavablandırarkən bildirib./teleqraf


MANŞET XƏBƏRLƏRİ