Qoryuşina: Azərbaycana qarşı hiyləgərlik etməli olacağıq


“Rusiya ilə Azərbaycan arasında bir sıra münaqişələrdən sonra münasibətlər yeni mərhələyə keçir”.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeniya Qoryuşina deyib.

“Bu, münasibətlərin yeni mərhələsinə keçiddir. Yeni mərhələdə tərəflər yalnız bir-birlərinin strateji maraqlarına daha çox diqqət yetirməli olacaqlar”, - o qeyd edib.

Politoloqun sözlərinə görə, hazırda Rusiya-Azərbaycan münasibətlərində yekun qırılmadan söhbət getmir. Həmçinin Qoryuşina vurğulayıb ki, iki ölkənin maraqları getdikcə bir-birindən ayrılır, ona görə də Rusiya bütövlükdə Cənubi Qafqazda siyasətini qurmaqda daha hiyləgərlik və müdriklik nümayiş etdirməli olacaq./teleqraf


MANŞET XƏBƏRLƏRİ