Cahangir Novruzovun quruluş verdiyi tamaşa Şəki teatrında səhnəyə çıxarıldı - FOTOLAR


27 iyul tarixində Şəki Dövlət Dram Teatrında görkəmli rus yazıçısı Anton Çexovun "Qu quşunun nəğməsi" hekayəsi əsasında hazırlanan tamaşanın ictimai baxışı teatrın mövsüm bağlanışı münasibətilə keçirilib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, Çukurova Universiteti Dövlət Konservatoriyası Səhnə sənətləri kafedrasının professoru Cahangir Novruzov, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə və Əbülfət Salahov ifa edirlər.

Tamaşanın ictimai baxışında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova, həmin nazirliyin Teatr sektorunun baş məsləhətçisi Nəsibə Əsgərova və digər rəsmi qonaqlar iştirak ediblər.

Qocaman komediya ustasının tamaşadan sonra boş teatrda yaşadığı illəri yenidən xatrlamasından və teatrla bağlı həyatı, ölüm, sevgi, istedad, səhnə eşqi barədə qoca suflyora etdiyi şikayətlərdən, onunla etdiyi müzakirələrdən bəhs olunan tamaşa teatrsevərlərin böyük alqışları ilə qarşılanıb.

Azərbaycan və Şəki teatrının fədailərinə həsr etdiyi tamaşanın nümayişindən sonra Xalq artisti Cahangir Novruzov səhnəyə qalxaraq ömrünü teatra həsr etmiş yaradıcı insanlarla bağlı xatirələrini bölüşüb.

Sonda Şəki şəhər İcra hakimiyyəti adından Cahangir Novruzova xatirə hədiyyəsi təqdim edilib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ