Rusiyada Azərbaycandan gəlmiş daha bir meyvə partiyasının satışına icazə verilməyib.
Turkustan.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" bu gün məlumat yayıb.
İyulun 5-də Azərbaycandan Krasnodardakı müvəqqəti saxlanc anbarına daxil olmuş ümumi həcmi 18 ton olan 2 təzə şaftalı və nektarin partiyasında karantin fitosanitar nəzarəti zamanı Rusiya Federasiyası üçün karantin növünə aid diri imaqolar - "western flower thripellaligandes" (F. thripellaligandes) aşkar edilib.
Yoluxmuş karantin məhsullarının idxalı qadağan edilib.
Bundan əvvəl "Rosselxoznadzor" Azərbaycandan idxal edilmiş kənd təsərrüfatı məhsullarına bir neçə dəfə qadağa qoyub. /yenisabah.az/