Qaxın saxlanılan icra başçısı bu əməllərə görə İTTİHAM OLUNUR – DETALLAR


Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub.

Turkustan.az "report.az”a istinadən xəbər verir ki, onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.

Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. O, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.


MANŞET XƏBƏRLƏRİ