Bu Şənbə iş günüdür


İyunun 21-i Şənbə günü olmasına baxmayaraq, rəsmi iş günüdür.

Turkustan.Az xəbər verir ki, bu, baş nazir Əli Əsədovun imzaladığı Qərarda öz əksini tapıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, 21 iyun şənbə günü olsa da, iş günü, 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri isə qeyri-iş günləridir.

26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur.


MANŞET XƏBƏRLƏRİ