İki böyük ölkə liderini Laçına gətirən mühüm səbəb: Metyu Brayzadan şərh


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, ötən gün Pakistan Baş naziri Şahbaz Şərif də Laçına gəlib. Liderlərin burada üçtərəfli görüş keçirəcəyi bildirilir.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Laçında baş tutacaq üçtərəfli görüşü Globalinfo.az-a şərh edib.

O qeyd edib ki, Azərbaycan və Pakistan hələ İkinci Qarabağ müharibəsindən əvvəl təhlükəsizlik sahəsində çox güclü münasibətlərə malikdir:

“Təbii ki, Türkiyə ilə Azərbaycan da yaxın əlaqələrə malikdir. Həmçinin Türkiyə Pakistanla hərbi əməkdaşlıq edir. Beləliklə, bu üç ölkə liderinin görüşü strateji baxımdan tamamilə başadüşüləndir. Laçın və buradakı hava limanı, bildiyimiz kimi, Azərbaycan üçün strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Ümumiyyətlə, Laçın Qarabağ münaqişəsinin həllində mühüm rol oynayıb”.

“Nüvə silahına malik dövlətin (Pakistan – red.) liderinin Laçına gəlməsinin arxasında hansı siyasi məqsəd dayana bilər” sualına Metyu Brayza belə cavab verib:

“Pakistanın nüvə silahına malik, güclü dövlət olması, məncə, indiki məqamda digər məsələdir. Bu, sadəcə olaraq mənim nöqteyi-nəzərimə görə, nüvə silahlarını ehtiva etməyən, lakin hər cür digər hərbi əməkdaşlığı və ümid edirəm ki, iqtisadi əməkdaşlığı ehtiva edən strateji tərəfdaşlıq qurmaq üçün hər üç ölkə rəhbərliyinin səylərinin dərinləşdirilməsidir”.


MANŞET XƏBƏRLƏRİ