Bu gün rus işğalçıları iki ballistik raketlə Odessanın liman infrastrukturuna zərbələr endiriblər .
Turkustan.az xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Məlumata görə, ruslar iki “İsgəndər-M” ballistik raketindən istifadə ediblər.
Hücum nəticəsində 2 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilib. /axar.az/