İş saatına görə əməkhaqqı: Kim qazanıb, kim itirəcək? - ŞƏRH


Son zamanlar saatlıq əməkhaqqı barədə ciddi müzakirələr gedir. Hətta bununla bağlı müvafiq qanunvericilik bazası da hazırlanır. Bununla bağlı Əmək Məcəlləsində müvafiq düzəlişlər təklif edilib. Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid olacağı gözlənilir.

Bəs saatlıq əməkhaqqı tətbiq olunarsa, işçilər üçün hansısa müsbət töhfələr verə biləcəkmi? Bu zaman minimum əməkhaqqı artırıla bilər? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı iqtisadçı-ekspert Xalid Kərimliyə ünvanladıq. Ekspert bildirdi ki, bu qərarın işçi üçün heç bir fərqi olmayacaq.

Kreditlər dövlətin sahibkara ən böyük dəstəyidir

Xalid Kərimli

Məlumdur ki, inkişaf etmiş Qərb dövlətlərində bu sistem artıq tətbiq edilir. Lakin əməhkaqqında artım gözlənilmir, sadəcə minimum əməkhaqqını saatlara böləcəklər. Elə işlər var ki, 10, 17 saatlıq işlərdir, bu halda müqavilələrə nəzarət etmək mümkün olmur. Bu addım daha çox əmək müfəttişliyinin nəzarət imkanlarının artırılmasıdır. Eləcə də vergi xidmətində vergilərə nəzarət etmək imkanı verir ki, yayınma hallaları olmasın. Həm də şirkətlərə bir imkan yaradır ki, işçini neçə saatlıq işlədirsə, saata uyğun da maaş versin. Amma burada işçinin hüquqları da pozula bilər. İşçiyə 400 manat əvəzinə, daha az maaş verə bilərlər ki, saat hesabı azdır.

Bir daha qeyd edirəm ki, ölkədə minimum əmək haqqı çox az olduğuna görə bu cür tədbirlərin xüsusi bir təsiri olmayacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ