İran və ABŞ arasında nüvə danışıqlarının beşinci raundunun mayın 23-də Romada keçiriləcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, İran və ABŞ arasında nüvə danışıqlarında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi X sosial media hesabında, "İran-ABŞ danışıqlarının 5-ci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq "-deyə, bildirib.
İran və ABŞ arasında nüvə danışıqları davam edərkən, Tehranın uranın zənginləşdirilməsi məsələsi iki ölkə arasında əsas fikir ayrılıqları nöqtəsi olaraq qalır.
İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların götürülməsini istəyir ki, bu da onun atom bombası istehsalının qarşısını alsın.
Aytən Yaşar/ Turkustan.az