Gizli danışıq: Paşinyan Əliyevin bu iki tələbini yerinə yetirəcək


Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanda “Demokratik alternativ” partiyasının lideri Suren Surenyants çıxış edib.

O iddia edir ki, Baklı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var.

“Əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək”, – erməni siyasətçi deyib.

İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlıdır.


MANŞET XƏBƏRLƏRİ