Bu vəzifə general Fərid Əliyevə həvalə edildi


Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

Turkustan.az xəbər verir ki, o, bir müddətdir bu vəzifəni icra edir.

Qeyd edək ki, Fərid Əliyevə Prezident İlham Əliyevin sərəncamı ilə ötən il general-mayor ali hərbi rütbəsi verilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ