Yazıçı, dramaturq Ağarəhimin 75 illiyinə həsr olunmuş ədəbi-bədii konfrans keçirilib


Bu günlərdə Bakı Qızlar Universitetində yazıçı, dramaturq, ssenarist, pedaqoji elmlər doktoru, professor, Bakı Qızlar Universitetinin qurucusu Ağarəhim Rəhimovun 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii konfranskeçirilib. Tədbiri BQU-nun pedaqoji elmlər doktoru, professor Hava Abdullayeva açmışdır. Məruzəçi yubilyarın həyat və elmi-bədii yaradıcılığından, onun təhsil quruculuğundan söz açmış, “Canavar balası”, “Qırmızı qar”, “Məhəbbət və cinayət”, “Pul hərisləri”, “Əsgər anası” əsərlərinin səhnə həllindən maraqlı epizodlardan danışmışdır. Professorlardan Akif Abbasov, İsmayıl Kazımov, dosentlərdən Qürbət Mirzəzadə, İlham Məmmədov, İlahə Quliyeva, Mirvari Akkoç və başqaları yubilyarın insani fəaliyyətindən, yaradıcılığından söz açmışdır. Sənətkarın xalqına, vətənininə bağlılığından konkret nümunələr gətirildi. Sonra söz universitetin yaradıcı qrupuna verildi. Pianoda Ayşən Qədirovanın müşayəti ilə xor qrupunun ifaçıları Hümmətova Aytəkin, Abbasova Aysu, Ömərova Vəsilənin, “Səadət” rəqs qrupunun ifasında nümunələr ədəbi-bədii konfransa xoş əhval gətirdi. BQU dram dərnəyinin üzvləri Lalə Paşayeva, Səbinə Xələfl dramaturqun “Kabus” əsərindən Səma ana və onun oğlu Ayazın görüşü səhnəsindən bir hissəni səhnələşdirdilər. Röya Ələkbərova, Mədinə Kazımzadə, Ləman Hacıyeva, Şəfiqə Əlizadə və başqaları bacarıqlarını göstərdilər. Lalə Əliyeva yubilyara həsr etdiyi mahnısını ifa etdi.

Nəhayət, yubilyar alqışlarla səhnəyə çıxıb çıxışçılara (professor-müəllim heyətinə), Bakı Qızlar Universitetinin xor, rəqs, dram dərnəklərinin üzvlərinə səmimi təbriklərə görə minnətdarlığını bildirdi. Yubilyar tədbir iştirakçıları ilə xatirə şəkilləri də çəkdirdi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ