Moskva həmişə çoxmillətli şəhər olub. Amma 90-cı illərdə, xüsusən də çoxlu azərbaycanlılar, ermənilər və gürcülər ölkələrindəki müharibələrdən və digər səbəblərdən qaçaraq Rusiyaya gəlirdilər.
Onlar gəldikləri yerdə qərib oldular, ölkə üçün çətin dövr idi və buna görə də mühacirlərə münasibət çox pis idi. Bu səbəbdən onlar birləşməli oldular və belə bir şəraitdə kriminal başçılar təbii liderə çevrilirdilər.
O düzdür ki, qafqazlı "qanuni oğrular" arasında ənənəvi olaraq çoxlu faydasız "lavruşniklər" var idi, yəni, oğru titulunu pulla və ya əlaqələrlə alanlar. Onların isə ümumi işə az faydası var idi, belə insanlar ancaq özünü göstərə bilərdilər. Lakin 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Moskva Azərbaycan diasporunun ilk adamlarından biri olan Tofiq Bakinski belə deyildi. Onun sürətli yüksəlişinə həm iş adamı Berezovski, həm də Vyaçeslav İvankov – “Yaponçik” ilə iş görməsi kömək etdi.
Tofiq Əhmədov köhnə məktəbin oğrularından idi. O, 1951-ci ildə adi sovet ailəsində anadan olub, lakin artıq məktəb yaşında kriminal aləmə qoşulub. O, ilk dəfə hələ uşaq ikən həbs olunub - on altı yaşında quldurluqda təqsirli bilinib.
Tofiq Bakinski
Yaşı az olduğu üçün ona yüngülləşdirilmiş cəza verilir. Ancaq o dəmir barmaqlıqlar arxasında da dinc dayanmır aldığı cəzanın daha da artır. O zaman da özünü “inadkar” aparır, yəni işləməkdən imtina edir, hakimiyyətin zərrə qədər göstərişlərinə belə tabe olmurdu. Bu səbəbdən, 18 yaşına çatdıqdan sonra o, yetkinlik zonasına göndərildi, baxmayaraq ki, Sovet qanunlarına görə, cəzasını yetkinlik yaşına çatmayanlar koloniyasında davam etdirə bilərdi. Buna görə də Əhmədov vaxtının əhəmiyyətli hissəsini cəzaçəkmə kamerasında keçirib.
Cəzasını artıra-artıra 16 yaşında həbsxanaya düşən Tofiq otuz yaşında sərbəst buraxılır.
Həmin illərdə Moskva koloniyalarından birində ona Tofiq Bakinski adı ilə başqa azərbaycanlı oğrular tac qoyublar. Əslində “qanuni oğru” sağlam və fiziki cəhətdən güclü olmamalıdır. Tofiq isə qısa boylu və kifayət qədər arıq, lakin yaxşı təşkilatçılıq qabiliyyətinə malik idi. Tofiq həyatının üçdə birini həbsdə keçirir. Növbəti həbsdə olduğu müddətdə o “Yaponçik” ləqəbi ilə tanınan məşhur oğru Vyaçeslav İvankovla tanış olur. Bu, sonradan onun kriminal karyerasının ən mühüm anlarından birinə çevriləcəkdi. 1991-ci ildə Əhmədov sonuncu dəfə azadlığa çıxır. Bundan sonra bir daha həbsxanaya düşmür.
Sağda Tofiq Bakinski
Onun təzə “iş yeri” Tolyattidəki VAZ avtomobil zavodu olacaq. Azərbaycanlılar rusiyalı həmkarları ilə əməkdaşlıq edərək öz məhsullarını yeni müstəqillik qazanmış Qafqaz dövlətlərinə satış üçün göndərəcəklər. Bu zaman o, zavodu ələ keçirmək istəyən biznesmen Boris Abramoviç Berezovski ilə əməkdaşlıq etmək imkanı əldə etdi. Onu da qeyd edək ki, onlar əvvəlcə mübarizə aparırlar. Hətta silahlı mübahisələrin birində tifiqin dəstəsi az qala Boris Abramoviçi vururdu. Amma biznesmenin dostu Badri Patarkatsişvili araya girir və bundan onlar razılığa gəlirlər.
Sonda hüquq-mühafizə orqanlarının əməkdaşları VAZ-ın ətrafında olan qrupların əksəriyyətini ordan uzaqlaşdırır. Tofiq Bakinski şəhəri tərk etmək məcburiyyətində qaldı və tezliklə Moskvaya dönür.
Tofiq Bakinski
Yaponçik və Berezovski ilə əlaqələri sayəsində o, demək olar ki, dərhal Moskvanın cənubundakı bir neçə bazar və yanacaqdoldurma məntəqəsinə nəzarəti ələ keçirə bilib. Yəni, az qala bir gecənin içində paytaxtın ən nüfuzlu azərbaycanlılarından birinə çevrildi. Düzdür, onun təsiri demək olar ki, yalnız öz diasporuna yayıldı, çünki şəhərin bu hissəsi güclü Orekhovskaya qrupu tərəfindən idarə olunurdu. 1990-cı illərin əvvəllərində qrupu rəhbəri Sergey Timofeyev (Silvester) idi. Fırtınalı gənclik günlərində Silvester azərbaycanlılarla hesablaşmalı idi, çünki bir dəfə uğursuz gop-stopa görə onlardan qaçmağa məcbur olmuşdu. Lakin 1994-cü ildə Orexovskilərin patronu öldürüldü. Onun Berezovskinin sifarişi ilə qətlə yetirilməsinə dair bir versiya var. Və Tofiq Bakinskinin briqadası ciddi şəkildə güclənir. Üstəlik, onun tanışı, o zaman Rusiyanın 1 nömrəli “qanuni oğru”su sayılan İvankov azərbaycanlılarla və assuriyalılarla əməkdaşlıq edirdi.
Azərbaycandan olan həmkarları ilə yaxşı münasibətlər onun üçün xüsusi əhəmiyyət kəsb edirdi. Hələ sovet dövründə bu ölkə Əfqanıstandan “təbii hədiyyələrin” daşınması üçün marşrutlardan birinə çevrilmişdi. Düzdür, Orta Asiya-Sibir istiqamətindən fərqli olaraq, o, hələ də ikinci dərəcəli hesab edilir. Lakin bu, Tofiqin digər həmyerlilərindən fərqli olaraq meyvə-tərəvəz bazarında deyil, “gerıç” alverində pul qazanması üçün yaxşı imkan idi.
Nəticədə, 2000-ci illərin əvvəllərində Tofiq tədricən kriminal biznesin zirvəsinə yüksəlməyə başladı.
Tofiq Bakinskinin məzarı
Onun 2006-cı ildə vəfat etməsi təəccüblü olmadı. O, digər “qanuni oğrular”dan fərqli olaraq güllədən deyil, tamamilə təbii şəkildə ölüb. Tofiqin narkotikə, “hallanmağa” olan sevgisi onu məhv etdi. (lent.az)