Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI


Dünyada ən çox hərbçiyə malik olan ölkələrin adları açıqlanıb.

Turkustan.az xəbər veri ki, beynəlxalq hərbi və təhlükəsizlik mərkəzləri bununla bağlı araşdırma aparıblar.

Araşdırmada qeyd olunub ki, hərbi güc yalnız ölkənin malik olduğu silah, texnika ilə deyil, eyni zamanda əsgərlərinin sayı və hazırlığı ilə də ölçülür. Hərbçilərin sayı ölkənin hərbi qüdrətinin əsas göstəricilərindən biri kimi qiymətləndirilir.

Ən çox hərbçiyə malik olan ölkələrin siyahısında birinci yerdə Şimali Koreya gəlir - 7 milyon 580 min hərbçi.

İkinci yeri Vyetnam tutub - 5 milyon 490 min hərbçi.

Rusiya beşinci pillədə qərarlaşıb - 3 milyon 203 min nəfər.

Çin altıncıdır - 3 milyon 45 min nəfər

ABŞ səkkizincidir - 2 milyon 112 min 800 hərbçi.

Hazırda Birləşmiş Ştalar və İsraillə müharibə edən İran 1 milyon hərbçi ilə 14-cü yeri tutub.

Türkiyə 16-cı sırada qərarlaşıb - 894 min 700 nəfər.

İyirmi ölkənin daxil edildiyi siyahının sonuncu pilləsində 469 min hərbçi ilə Kolombiya yer alıb. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ