Xarici təşkilatların tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Turkustan.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası fevralın 17-nə təyin edilib. Məhkəmədə bundan sonrakı proseslərin qapalı keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Turalbəy Mehdiyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.