İran Ordusu Quru Qoşunları Komandanı Əli Cahanşahi bildirib ki, mümkün quru müharibəsi düşmən üçün daha ağır və baha başa gələcək.
Turkustan.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, o, İrana qarşı ehtimal olunan quru əməliyyatı ilə bağlı açıqlama verib. Cahanşahi vurğulayıb ki, İran Ordusu istənilən qarşıdurmaya hazırdır:
“Yerüstü müharibə düşmən üçün daha təhlükəli və daha baha başa gələcək”.
O həmçinin qeyd edib ki, ABŞ və İsrail-in bölgədəki bütün fəaliyyətləri diqqətlə izlənilir. Cahanşahinin sözlərinə görə, mümkün quru müharibəsi “geri dönməz” nəticələrə səbəb ola bilər.
Aytən Yaşar/ Turkustan.az