Müharibədə ölən iranlıların sayı - Açıqlandı


İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1937-yə çatıb.

Bunu İranın səhiyyə nazirinin müavini Əli Cəfəriyan mətbuatda açıqlamasında bildirib.

“ABŞ-İsrail hücumlarında 212 uşaq və 240 qadın da daxil olmaqla, 1937 nəfər həyatını itirib. Təxminən 4000 qadın və 1621 uşaq da daxil olmaqla, 24800-dən çox iranlı yaralanıb”, - Cəfəriyan qeyd edib.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında fevralın 28-dən bu yana müharibə gedir. ABŞ-İsrail hücumlarında İranın keçmiş Ali Lideri Əli Xamenei və çoxsaylı yüksəkvəzifəli şəxslər öldürülüb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ