eynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub.
Turkustan.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Ozan Çingiz oğlu Budaqov İnterpol kanalları vasitəsilə saxlanılıb.
Məlumatda qeyd olunub ki, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür". /bakupost.az/