Ərzaq qiymətləri ilə bağlı pis xəbər: partlayış gözlənilir


Yaxın Şərqdə baş verən müharibə dünyada ərzaq qiymətlərini “partlada” bilər.

Turkustan.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

“Hörmüz boğazının bloklanması yalnız enerji böhranını gücləndirmədi, eyni zamanda, mineral gübrələr bazarına da ciddi zərbə vurdu. Yaxın Şərq ölkələri dünya karbamid ixracının təxminən yarısına (45%) cavabdehdir — bu, əsas azotlu gübrə növüdür. Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ limanlarından göndərişlərin dayanması Asiya və Afrika bazarlarında çatışmazlığa səbəb olub və qiymətləri 1,5 dəfə artaraq 700 dollara çatdırıb.

Avropada qaz qiymətlərinin artması fonunda regiondakı azotlu gübrə istehsalçıları da istehsalı dayandırmağa məcbur olurlar. Nəticədə fermerlər gübrələrin qiymətinin yüksəlməsi ilə üzləşir və onları daha az istifadə etmək məcburiyyətində qalırlar. Bu isə məhsuldarlığın azalmasına və ərzaq qiymətlərinin zəncirvari şəkildə artmasına səbəb olur”, – məlumatda qeyd edilib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ