ABŞ-dan İrana qarşı quru həmləsi: 10 min hərbçi göndərir – VSJ


Pentaqon Yaxın Şərqə əlavə 10 min hərbçi göndərilməsini nəzərdən keçirir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (VSJ) nəşri məlumat yayıb.

“Bu addım Donald Trampa hərbi əməliyyatlar baxımından daha geniş imkanlar verə bilər.

Nəzərdə tutulan kontingentə zirehli texnika ilə təchiz olunmuş quru qoşunları daxil olacaq. Bu qüvvələr artıq regiona göndərilmiş təxminən 5 min dəniz piyadasına və ABŞ Silahlı Qüvvələrinin 82-ci hava-desant diviziyasına qoşulacaq.

Bununla belə, qoşunların göndərilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib”, — VSJ yazıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ