Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Genişləndirilmiş Vilayət Sədrləri Yığıncağında çıxışı zamanı humanitar faciələrə diqqət çəkib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq, münaqişələrdə həyatını itirən insanlar onlara doğma və yaxın sayılır: “Harada olursa olsunlar, amansızcasına öldürülənlər bizim qardaş və bacılarımızdır. Məktəbdə son nəfəsini verən uşaqlar bizim uşaqlarımızdır. Uşaqlarını itirməyin ağrısı ilə ürəkləri Kərbəlaya çevrilən qadınlar analarımızdır. Bombalarla xarabalığa çevrilən şəhərlər bizim şəhərlərimizdir”.
Prezidentin bu çıxışı zalda olan partiya üzvləri tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.
Aytən Yaşar/ Turkustan.az