Terrorçu Vardanyan Nobel sülh mükafatına namizəd oldu


Keçmiş separatçı qurumun "dövlət naziri", hazırda Azərbaycanda həbsdı olan Ruben Vardanyan "xeyriyyəçilik və humanitar fəaliyyətinə görə" 2024-cü il üçün Nobel sülh mükafatına namizəd göstərilib.

Turkustan.az Panorama.az -a istinadla xəbər verir ki, bu barədə Vardanyanın İrəvandakı ofisi məlumat yayıb.

"Onun namizədliyi bir sıra nüfuzlu şəxslər tərəfindən irəli sürülüb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ruben Vardanyan 2022-ci ilin payızında Rusiya vətəndaşlığından imtina edib, Qrabağa köçüb və 2022-ci il noyabrın 4-dən separatçı "hökumət"ə rəhbərlik edib. 2023-cü ilin fevralında bu vəzifədən istefa verdikdən sonra o, Qarabağda yaşamağa davam edib.

Ruben Vardanyan Azərbaycanın ötən ilin payızında həyata keçirdiyi antiterror əməliyyatından sonra - sentyabrın 27-də Qarabağı tərk etmək istərkən, Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən "Laçın" sərhəd-keçid məntəqəsində saxlanılıb.

O, Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


MANŞET XƏBƏRLƏRİ