Qazaxıstan Mərkəzi Asiyanın ən varlı ölkəsi oldu


Qazaxıstan Mərkəzi Asiyanın ən varlı ölkəsi olub.

Turkustan.az xəbər verir ki, bu barədə “Global Finance” jurnalının tərtib etdiyi hesabatda qeyd olunub.

Məlumata görə, dünyanın ən yoxsul ölkələrinin reytinqində Qazaxıstan Mərkəzi Asiyadakı qonşuları arasında ən aşağı – 128-ci sırada yer alıb.

Siyahıda Mərkəzi Asiya respublikalarından Qazaxıstana ən yaxın olan Türkmənistan 101-ci yerdə qərarlaşıb.

Özbəkistan və Qırğızıstan müvafiq olaraq 67 və 48-ci yerləri tutub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ