Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XIII yazı

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.

Milli ideoloq Məhəmməd Əmin Rəsulzadəyə görə yalnız sosial məsələni milli məsələnin bir hissəsinə çevirməklə bolşevizmi sıradan çıxarmaq mümkün olar. Bu baxımdan onun əsas məqsədi o idi ki, sosial məsələnin millətçiliyə zidd olmadığını ortaya qoysun: “Doğrudur- milliyyət şüarı toplar. Fəqət, sosial şüarların da toplayıcıları yox deyildir. Ayırıcı sosial şüarlar sinif mücadiləsini tərvic edən kosmopolit, internasyonal marksist sistemindən doğan şüarlardır. Yoxsa, sinifləri vuruşdur­mağa deyil, barışdırmağa baxan təsanüd­çü (solidarist) sosial sistemindən gələn şüarlar ayırmaz, toplar və bu surətlə də milli istiqlal anlamı ilə təzad deyil, tam bir ahəng təşkil edərlər!… Düşmənimiz bolşevizm üçün milliyyət, keçici bir taktika məsələsi isə, bizim üçün sosial islahat heç də öylə deyildir. Bu, öz başına təsanüdlü və məsud bir varlıq təsəvvür etdiyimiz ahəngdar milli cəmiyyətin həm davamı, həm də istiqlalının təmini üçün zəruri və daimi bir qayədir!…”.[1]

Milli həmrəylik təlimi ilə ortaya atılan Rəsulzadə artıq cəmiyyətin problemlərinin həllində əsas həll yolunu tapmışdı. Başqa sözlə, uzun müddətli siyasi-ideoloji axtarışlardan sonra Rəsulzadə sosial məsələni milli məsələ ilə uzlaşdırmağı bacar­mışdı. Bununla da o, milli dava ilə sosial davanı bir yerdə, tam şəkildə gö­tü­rüdü. Onun mil­li tə­sa­nüd sis­te­mi ide­ya­sı, mil­li mə­sə­lə ilə so­si­al mə­sə­lə­nin kə­siş­di­yi bir nöq­tə idi. O, bu ide­ya­nı irə­li sür­mək­lə sü­but et­mək is­tə­yir­di ki, so­si­al mə­sə­lə­lə­ri mil­li mə­sə­lə­lə­rə qar­şı qoy­ma­ğın heç bir mə­na­sı yox­dur. Rə­sul­za­də so­si­al mə­sə­lə­lə­rin mil­li mə­sə­lə­lə­rə zidd ol­ma­dı­ğı­nı, ək­si­nə, onun­la bağ­lı ol­du­ğu­na ina­nır­dı. Be­lə­lik­lə, mil­li ideo­loq əsas fi­kir­lə­ri­ni mil­li mə­sə­lə ilə so­si­al mə­sə­lə­nin tə­sa­nü­dü­nə, yə­ni on­la­rın həm­rəy­li­yi­nə yö­nəlt­miş­dir. O, sosial məsələlərdən sui-istifadə edən bolşevikləri və milli məsələdən eyni şəkildə yararlanan faşistləri bir-birindən fərqləndir­mirdi. Onun əsas qayəsi onların iç üzünü açıb göstər­mək və əsil milli həmrəyliyə nail olmaq idi. Bu baxım­dan Rəsulzadənin milli təsanüd təlimini ortaya qoyması uzun elmi-fəlsəfi, siyasi-ideoloji axtarışlarının nəticəsi idi.

“Azər­bay­can şai­ri Ni­za­mi” ad­lı əsərində böyük Türk mü­tə­fək­ki­-filosofu Ni­za­mi Gən­cə­li­ni tək­rar­­o­lun­maz bir şə­kil­də təd­qiq edən Rə­sul­za­də bir tə­rəf­dən onun Türk mən­su­biy­yə­ti­nə, Türk di­ni-fəl­sə­fi dü­şün­­cə­­si­nə, Türk ru­­hu­­na, Türk fəl­sə­fə­si­nə bağ­lı­lı­ğı­nı el­mi-fəl­sə­fi şə­kil­də or­ta­ya qoy­muş,[2] di­gər tə­rəf­dən döv­rü­nün ic­ti­mai-fəl­sə­fi, sosial-siyasi prob­lem­lə­ri kon­teks­tin­də mil­li ide­ya ilə, dün­yə­vi ide­ya­la­rı uz­laş­dır­ma­ğa ça­lış­mış­dır. Türkün döv­lətçilik an­la­yı­şı­nın geniş şərhini verən M.Ə.Rə­sul­za­də ya­zırdı ki, Ni­za­mi­yə gö­rə döv­lət baş­çı­sı sü­rü­yə ca­vab­deh bir ço­ban­ kimidir: “Hət­ta bun­dan da mə­su­liy­yət­li bir möv­qe­də­dir. Baş­da­kı be­yin bə­də­nin bü­tün üzv­lə­ri­ni ida­rə et­mək­də han­sı möv­qe­də­dir­sə, döv­lət baş­çı­sı da onun ki­mi­dir. “Əl aya­ğın fəa­liy­yə­tin­dən ra­zı de­yil­sə, ca­vab­deh baş­dır”. Fərd döv­lə­tə mü­na­si­bət­də mü­əy­yən və­zi­fə­lə­ri ic­ra et­mə­yə borc­lu­dur. Am­ma fərd hər han­sı döv­lət­də yal­nız və­zi­fə da­şı­ma­ğa borc­lu de­yil, həm də bir sı­ra hü­quq­la­ra ma­lik­dir”.[3] Türk hökmdarını ədalətli və vicandlı olmağa çağıran Nizamiyə görə türk hökmdar­ları heç bir zaman zalım və ədalətsiz olmamışlar, Sultan Sən­­rin buna uyğun olmayan davranışı isə Türk adına şərəf gə­tir­mir.[4]

M.Ə.Rə­sul­za­də döv­lət­də fər­din ro­lu­nu xü­su­si­lə də­yər­lən­dir­­mək­lə ya­na­şı, onun və­zi­fə­lə­ri­ni də gös­tə­rir. Döv­lət baş­çı­sı döv­lə­ti ida­rə edən bir şəxs ki­mi fər­də nis­bə­tən da­ha mə­su­liy­yət­li ol­ma­lı­dır. An­caq bu o de­mək de­yil ki, fərd mə­su­liy­yə­ti döv­lət baş­çı­sı­nın, və ya­xud və­zi­fə sa­hib­­lə­ri­nin üs­tü­nə ata­raq ta­ma­mi­lə ge­ri çə­kil­mə­li­dir. Ona gö­rə də Rə­sul­za­də Ni­za­mi ki­mi, döv­lə­tin ida­rə olun­ma­­sın­­da məs­lə­hət­ləş­mə­lə­ri önəm­li sa­yır: “Ni­za­mi­yə gö­rə iq­ti­dar ilə təm­kin bir-bi­ri­ni ta­mam­la­yan şey­lər­dir: “Güc­lü ol, am­ma təm­ki­ni­ni əl­dən ver­mə”. Döv­lə­tin ida­rə olun­ma­sın­da şa­ir məs­lə­hət­ləş­mə tə­rəf­da­rı­dır”.[5] Ona gö­rə döv­lət baş­çı­la­rın­dan baş­qa öl­kə üçün dost və düş­mən tə­səv­vür et­mək ol­maz. Mil­lət əgər öz və­zi­fə­si­ni ye­ri­nə ye­tir­sə, düş­mən­lər də dost ola­caq­lar. Əgər öz və­zi­fə­si­ni ye­ri­nə ye­ti­rə bil­məz­sə, dost­lar da düş­mən olar­lar.

Ni­za­mi­nin ba­xış­la­rı­na uy­ğun döv­lət ida­rə­si­ni re­al­laş­dı­ran hökm­dar İs­kən­dər­dir və Rə­sul­za­də­nin də Ni­za­mi­nin İs­kən­­də­ri­nə, onun iş­lə­ri­nə xü­su­si yer ver­mə­si tə­sa­dü­fi de­yil. O, Ni­za­mi­nin “İs­kən­dər­­na­mə”də ya­rat­dı­ğı ide­al cə­miy­yə­ti özü də gö­rür: “İs­kən­də­rin şəx­sin­də Ni­za­mi bi­li­yə, hik­mə­tə və sə­nə­tə bağ­lı olan zi­ya­lı bir hökm­dar gö­rür. Fi­lo­sof­lar, alim­lər və ədib­lər tə­rə­fin­dən əha­tə olun­muş bu hökm­da­rın özü də xa­rak­ter (sə­ciy­yə), cə­sa­rət və qəh­rə­man­lı­ğı ilə bə­ra­bər, alim, fi­lo­sof və təd­bir­li bir in­san ki­mi ta­nı­nır. Ona müa­vin­lik edən və­zir Yu­na­nıs­ta­nın ən məş­hur fi­lo­so­fu Ərəs­tun­dur. Sa­ra­yın­da Yu­na­nı­s­ta­nın bü­tün ta­nın­mış fi­lo­sof və alim­lə­rin­dən təş­kil olun­muş Döv­lət Şu­ra­sı tip­li yük­sək bir məc­lis var­dır”.[6]

Fikrimizcə, Nizamininİskəndərnamə”ni yazmaqda məqsədi yalnız Makedoniyalı İskəndərin timsalında adil hökmdarı, ədalətli cəmiyyəti təsvir etmək deyil, eyni za­man­da Türk millətinin qədim­liyini, türk inanclarını, adət-ənə­­­rini tanıtdırmaq olmuşdu. Bu baxım­dan N.Gən­cəvinin Makedoniyalı İskəndəri Türk dünyasının bir hissəsi olan Azərbay­cana, Qıpçaq elinə apar­ması təsadüfi ola bilməzdi. N.Gəncəvinin burada başlıca məqsədi Azərbaycanda, Qafqazda, Orta Asiyada və başqa yerlərdə yaşayan türklərin adət-ənənə­lərini, mədəniyyə­ti­ni, düşüncələrini ortaya qoymaq olmuşdu. Məsələn, İskən­­ri Qıpçaq ellərinə aparan Nizami Gəncəvi yazırdı ki, Qıpçaq türk­lərinin adət-ənənələri böyük fatehi mat qoymuşdur. Xüsusilə qadınların üzlərini örtməməsi və kişilərdən qaçmaması İs­kən­dəri təəccübləndirir. İskəndər qıpçaqların ağsaqqallarını başına yığaraq bu adətlərindən əl çəkməyə çağırır: “Örtülü dedi çöl qıpçaqlarına: “Üzünü gizləmək xoşdur qadına””.[7] Qıpçaq türkləri isə İskəndəri başa salırlar ki, onlar adətlərini dəyişməyəcəklər, makdeoniyalı fateh isə hiylə işlətməklə istəyinə çatır.

Ədalətli cə­miy­yət Rə­sul­­za­də­nin döv­lət si­ya­sə­ti­nin tər­kib his­sə­si idi. Bu onun dü­şün­cə­lə­ri­nə ha­kim kə­si­lib və so­si­al-fəl­sə­fi dün­ya­gö­rü­şü­nə mü­hüm tə­sir edib. O, Ni­za­mi­nin də ax­ta­rıb tap­dı­ğı bu ide­al döv­lət fəl­sə­fə­si­ni fi­kir­lə­rin­də in­ki­şaf et­di­rir: “Hər bö­yük və hə­qi­qi sə­nət­kar ki­mi Ni­za­mi də mil­li­lik və və­tən­se­vər­lik xü­su­siy­yə­ti da­şı­maq­la bə­ra­bər, ya­rat­dı­ğı ob­raz­lar­la təl­qin et­di­yi fi­kir mey­da­nın­da mil­li çər­çi­və­dən kə­na­ra çı­xı­mış, bü­tün bə­şə­riy­yə­tə şa­mil olan duy­ğu­lar­la hə­yə­can­lan­mış, mil­lət­lər və öl­kə­lə­rin föv­qün­də ol­du­ğu ki­mi, dövr­lər və əsr­lə­ri ya­rıb ke­çən yük­sək və dün­ya­ya şa­mil bir qay­ğı­ya ca­vab ve­rə bi­lə­cək “söz”ü tap­ma­ğa ça­lış­mış­dır. Bi­zim qə­naə­ti­miz ilə bu “söz” İs­kən­də­rin mö­cü­zə­sin­də ta­pıl­mış­dır. Bu mö­cü­zə bu­gün­kü bə­şə­riy­yət­lə bir­lik­də bi­zim də ger­çək­ləş­mə­si­ni gör­mək is­tə­di­yi­miz ide­al­dır. Mil­lət­lə­rə yal­nız mə­nə­vi av­to­ri­tet­lə nü­fuz et­mək, ruh­la­rı­nı an­la­ya­raq var­lıq­la­rı­na qar­şı eh­ti­ram et­mək”.[8]

M.Ə.Rə­sul­za­də Ni­za­mi­nin ya­rat­dı­ğı hə­min ide­al cə­miy­yə­tin So­vet döv­rün­də kom­mu­nizm qu­ru­lu­şu­na ox­şa­dıl­ma­sı­na eti­raz edir­di. O, Ni­za­mi­nin ide­al cə­miy­yə­ti ilə bol­şe­vik­lə­rin kom­mu­nizm ideo­lo­gi­ya­sı ara­sın­da heç bir ox­şar­lı­ğın ol­ma­dı­ğı­nı or­ta­ya qo­yur­du: “Ni­za­mi­nin “Cən­nət şə­hər”i din­dar­dır, so­vet cən­nə­ti isə din­siz­dir. Bi­rin­ci­si Al­la­hı ta­nı­yır, o bi­ri­si isə rədd edir. Bi­rin­ci­də ya­lan söy­lən­məz, ikin­ci­də isə ya­lan ən bö­yük təb­li­ğat si­la­hı­dır. Bi­rin­ci­də sev­gi əsas ikən, ikin­ci­də si­nif qov­ğa­sı əsas­dır. Bi­rin­ci­də hey­van­lar be­lə təh­lü­kə­siz ya­şa­dı­ğı hal­da, ikin­ci­də in­san­lar da­im ölüm qor­xu­su al­tın­da­dır. Bi­rin­ci­də qan tök­mək ha­ram ikən, ikin­ci­də qan­lı­lıq əsas­dır. Bi­rin­ci oğur­luq nə­dir bil­mir, ikin­ci­də isə oğur­luq ən qan­lı po­lis re­ji­mi­dir. Bi­rin­ci ca­sus­luq bil­məz, ikin­ci­də ha­mı ca­sus­dur. Bi­rin­ci si­lah­sız və din­dar, ikin­ci, tə­pə­dən-dır­na­ğa qə­dər si­lah­lı­dır. Bi­rin­ci, fit­nə nə­dir bil­məz, ikin­ci, bü­tün dün­ya­nı bü­rü­yə­cək bir fit­nə yu­va­sı­dır. Sö­zün qı­sa­sı: di­ni əx­la­qa və ic­ti­mai an­la­yı­şa əsas­la­nan “Ni­za­mi so­sia­liz­mi” ilə di­ni rədd edən və si­nif­lər qov­ğa­sı­nı əsas tu­tan qan­lı “rus so­sia­liz­min” bir-bi­ri­nə bən­zər heç bir tə­rə­fi yox­dur!.. Fə­qət, bi­zim fik­ri­miz­cə, sev­gi ilə nif­rət, rəh­mət ilə lə­nət nə qə­dər bir ara­ya sı­ğa bi­lər­sə, Ni­za­mi ilə bol­şe­vik­lər də o qə­dər bir­gə ola bi­lər­lər!”.[9] Bol­şe­vik­lə­rin öz aləm­lə­rin­də Ni­za­mi­nin ide­al cə­miy­yə­ti­nə bən­zət­di­yi kom­mu­niz­min əsas­sız ol­du­ğu­nu ya­zan mil­li ideo­lo­qa gö­rə onun ide­al cə­miy­yə­ti yal­nız Azər­bay­can Cüm­hu­riy­yə­ti ilə bə­ra­bər tu­tu­la bi­lər.

[1] Yenə orada, s.67

[2] Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, “Çıraq” 2008, s.40, 164, 173,

[3] Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı: Azərnəşr, 1991, s.213

[4]Gəncəvi Nizami. Sirlər xəzinəsi. Bakı: “Lider”, 2004, s.111

[5] Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı: Azərnəşr, 1991, s.215

MANŞET XƏBƏRLƏRİ