Azərbaycanda 1920-1950-ci illər repressiyaları


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı

İ.V.Stalinin rəqibləri

Vladimir İlyiç Leninin varis təyin etmədən ölümündən sonra Sovet hökumətində şiddətli taxt davaları yaşandı. Hakimiyyətin lap zirvəsində Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri olan sabit siyasi rəqiblər qrupu formalaşdı:

1.Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi İosif Vissarionoviç Stalin.

2.İnqilabi Hərbi Şuranın sədri və Hərbi Dəniz Qüvvələrinin Xalq Kommisarı Lev Davidoviç Trotski.

3.Kominterin sədri və Leninqrad partiya təşkilatının rəhbəri Qriqoriy Evseeviç Zinovyev.

4.Moskva partiya təşkilatına rəhbərlik edən Lev Borisoviç Kamenev.

5.”Pravda” partiya qəzetinin baş ideoloqu və redaktoru Nikolay İvanoviç Buxarin.

Bu mübarizə “həyat üçün deyil, ölüm üçün “idi,ona görə də qaydasız döyüş başladı.Bu qaydasız döyüşün qalibi keçmiş vor zakon və kriminal aləmə məxsus Stalin oldu.

Azərbaycan Xalq Cümhuriyyəti işğal olunduqdan sonra 1922-ci ildə SSRİ adlandırılan dövlətin ərazisinə qatıldı.Nikita Xuruşovun dövründə yaradılmış komissiyanın məlumatına əsasən,1921-1953-cü illərdə SSRİ-də 25-26 milyon insan repressiyaya məruz qalıb. 17 milyon insanın cəzasını QULAQ düşərgəsində çəkdiyi,onlardan onda birinin oradaca öldüyü qeyd olunur. Repressiya olunanlardan 7 milyonunun mülki müsadirə edilib,özləri isə sürgün olunub.

Stalin repressiyalarının nəticələri

1.İ.V.Stalinin yeganə tək hakimiyyətinin qurulması başa çatdı.

2.Sərt totalitar rejim quruldu.

3.Sovet hakimiyyətinin əleyhdarı,aşkar,gizli və çox vaxt günahsız olan insanlar ailələri və qohumları ilə repressiyaya məruz qalıb əksəri öldürüldü.

4.Sovetlərin yaratdıqları Dövlət sistemi məcburi əmək düşərgələri ilə quldarlıq quruluşu bərpa olundu.

5.Əmək münasibətləri gərginləşdirildi.QULAQ məhbuslarından məcburi və qul əməyindən geniş istifadə olundu.Quldarlıq quruluşu bərpa olundu.

6.Köhnə partiya-sovet elitasının köklü şəkildə kriminal ünsürlərlə əvəzlənməsi baş verdi.

7.Öz fikrini açıq ifadə etmək ifadə edənin özünün,ailəsinin,qohumlarının məhvinə səbəb olurdu.

8.SSRİ vətəndaşlarının elan edilmiş hüquq və azadlıqları praktik olaraq yerinə yetirilmədi.Qanunlar qüvvəsi olmayan və görüntü üçün formal olaraq yazılmışdı.

1927-ci ilin əvvəlində Stalin represiyalarının bütün SSRİ ərazisini bürüməsinə səbəb olan bir sıra hadisələr baş verdi. May ayında Böyük Britaniya SSRİ ilə diplomatik əlaqələri kəsdi,7 iyunda isə Varşavada sovet səfiri P.L.Voykov bir rus monarxisi tərəfindən qətlə yetirildi.Belə ki, monarxiyaçı və ağ qvardiyaçıların kiçik bir qismi də müxalif düşərgədə yer alırdılar deyə repressiyalara ilk olaraq onlar tuş gəldilər.Çünki Vaykovun öldürülməsi “SSRİ-nin bütün ərazilərində monarxiyaçı və ağ qvardiyaçı hücrələrin tamamilə məhv edilməsi”-nə səbəb oldu.

1920-ci il 27 aprel işğalından sonra Şimali Azərbaycan

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası işğalçıları tərəfindən hərbi güc tətbiq edilərək devrildi.1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) yaradıldl.Bu Azərbaycan türklərinin milli dövlətçilik idarəetmə sistemi deyildi.Ölkə büs-bütün rus ordusu tərəfindən işğal olunmuşdu. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113.895,97 kv.km idi. AXC –nin ərazilərinin 16 min kv.km mübahisəli ərazilər sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə mübahisəli ərazilərlə birlikdə əhalisi 2 milyon 861 min 862 nəfər idi.1920-ci ilin payızında Ermənistanda sovet hakimiyyəti və rus işğal rejimi qurulduqdan sonra bolşeviklərlə əlbir olan ermənilər Azərbaycana qarşı ərazi iddialarına başladılar. Sovet Rusiyası Azərbaycan SSR-ə məxsus tarixi ərazilər-Zəngəzurda 123 min 95 nəfər Azərbaycan türkünün yaşamasına baxmayaraq,1921-ci il iyulun 1-dən 1929-cu il fevralın 29 –dək olan müddətdə Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verildi. Nəticədə Azərbaycan SSR-in Naxçıvan bölgəsi ilə, Türkiyənin isə Türk dünyası ilə quru əlaqəsi kəsildi.1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinə məxsus 113 895,97 kv .km ərazilərdən sovet dövründə yalnız 86,6 min kv.km qaldı.Çünki, Sovet Rusiyasının və SSRİ dövlətinin yeni torpaq bölgüsü ilə Azərbaycan türklərinin iradəsinin əleyhinə olaraq 1921-1929-cu illərdə 20,8 min kvadrat kilometr ərazi Ermənistan SSR tərkibinə verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin liderləri, görkəmli nümayəndələri, hərbçilər həbs edildilər. Onların bir çoxu Nargin adasında güllələndi, Slovetks adalarına, Suzsala, Novqoroda və başqa yerlərə həbs düşərgələrinə göndərildilər.Bütün bunları XI Qızıl Ordunun Xüsusi Şöbəsi tərəfindən həyata keçirildi. Rus və erməni terrorçular 1920-1921-ci illərdə F.Xoyskini və H.Ağayevi Tiflisdə,Behbudağa Cavanşiri Malta adasında qətlə yetirdilər.General Süleyman Sulkeviç, İ.Ziyadxanov,alim və pedaqoq F.Köçərli, professor Zimin başqaları həlak oldular.

Sovet hakimiyyəti yeni quruluşdan narazı olanları, milli müstəqillik uğrunda mübarizə aparanları, siyasi təşkilatların və cərəyanların liderlərini, ziyalıları təqib edir, onları saxta ittihamlarla günahlandırırdı.1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olaraq öldürüldü.

Xudadat Rəfibəyli

Məşhur vətənsevər Əli Əkbər Rəfibəylinin oğlu Xudadat bəy Azərbaycanın ruslar tərəfindən işğalı zamanı Gəncədə vali vəzifəsində olarkən həbs olunmuş,Gəncə üsyanı zamanı edam edilmişdir.

General Tlexas

Azərbaycanın işğalı əsnasında Bakı vali ümumisi olan Murad Gəray bəy Tlexas bolşeviklər tərəfindən mühakimə edilərək edama məhkum olunmuşdur. Murad Gərayın bolşevik məhkəməsi hüzurunda göstərdiyi mətanət bütün Azərbaycan türkləri arasında hörmətlə yad edilməkdədir.

Vəsilə xanım

Azərbaycan müəllimələrindən Vəsilə xanım həyat yoldaşı Əhməd bəyə qarşı göstərdiyi bir əlaqədarlıq üzündən edam edilmişdir.Milli Azərbaycan ordusunun zabitliyində çalışan Əhməd bəy ruslara qarşı Şəki-Zaqatala üsyanını idarə etmişdir.Üsyanın yatırılmasından sonra tutulan Əhməd bəyin mühakiməsi əsnasında edam qərarı oxunarkən mühakimə salonunda hazır dayanan Vəsilə xanımın qocasına xitabən “qorxma!” deyə qışqırması özünün də südəmər körpəsindən ayrılaraq rus məhkəməsi tərəfindən edam olunmağına səbəb olmuşdur.

Dadaş Həsənzadə

Rus istilasından sonrakı gizli mücadilə hərəkatını idarə edən Dadaş Həsənzadə rus çekistləri tərəfindən şəhid edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti generalları

Azərbaycan Xalq Cümhuriyyətinin 22 generalı olub:

1.Səməd bəy Mehmandarov

2.Əliağa Şıxlinski

3.Xosrov bəy Sultanov

4.İbrahim ağa Vəkilov

5.Həbib bəy Səlimov

6.İbrahim ağa Usubov

7.Hüseyn xan Naxçıvanski

8.Mirkazım bəy Talışxanov

9.Firudun bəy Vəzirov

10.Qalib bəy Vəkilov

11.Daniyel bəy Hələcov

12.Əliyar bəy Haşımbəyov

13.Süleyman bəy Əfəndiyev

14.Teymur bəy Novruzov

15.Əmir Kazım Mirzə Qovanlı-Qacar

16.Feyzulla Mirzə Qovanlı-Qacar

17.Məhəmməd Mirzə Qacar

18.Cavad bəy Şıxlinski

19.Əbdülhəmid bəy Qaytabaşı

20.Murad Tlexas

21.Məmməd Sadiq bəy Ağabəyzadə

22.Məhəmməd bəy Sulkeviç

1920-ci il 27 aprel işğalından sonra başlayan bolşevik terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan və ştabs kapitan, poruçik, 148 praporşik və podpraporşik, 266 nəfər digər rütbəli hərbi qulluqçumuz məhv edilib.

General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov, general-mayor Əmir Kazım Mirzə Qovanlı-Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenent Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı, general mayor Murad Gəray bəy oğlu Tlexas,general-mayor Əliyar bəy Haşımbəyov Nargin adasında güllələniblər.

Şimali Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən və fəlakətlərdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya olmuşdur.Belə ki, bu illərdə Azərbycan respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar feodal hərbi dövlət rejiminin törətdiyi özbaşnalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi terror rejiminin diqtəsinə deyil, milli hissiyatla düşündüyünə görə repressiyalara məruz qalmışdır.

Repressiya barədə ümumi təsəvvürləri belə ümumləşdirmək olar:

1.Repressiya xalqın ən istedadlı vətəndaşlarını,ziyalılarını məhv etmişdir.

2.Repressiya olunanlar mövcud quruluşu qəbul etməmişdir.

3.Repressiya olunanlar öz “yoldaşlarının” danosuları əsnasında həbs olunmuşlar.

4.Əsərlərində sosialist cəmiyyətini tərifləyənlər salamat qalmış ,tənqid edənlər repressiyaya məruz qalmışlar.

5.Repressiyaya uğrayanlar haqqında yazılan qəzet, ya da jurnal məqalələri, yaxud ayrı-ayrı fikirlər onların repressiyalarına səbəb olmuşdur.

6.Repressiya ancaq müxaliflərə yönəlmişdir.

Azərbaycan Yazıçılar Birliyindən repressiya qurbanları.

1.Ağahüseyn Rəsulzadə (1884-1938).

2.Atababa Musaxanlı (1905-1941).

3.Bəkir Çobanzadə (1893-1937).

4.Böyükağa Talıblı (1897-1938).

5.Cəfər Bağır (1912-1983).

6.Əmin Abid (1898-1937).

7.Əliabbas Müznib (1883-1938).

8.Əli Nazim (1906-1941).

9.Əli Razi (1886-1939).

10.Əhməd Cavad (1892-1937).

11.Ənvər Yusifoğlu (1914-1989).

12.Gülhüseyn Hüseynoğlu (1923-2013).

13.Hacıbaba Nəzərli (1895-1938).

14.Hacı Kərim Sanlı (1878-1937).

15.Nənəfi Zeynallı (1896-1937).

16.Hüseyn Cavid (1882-1941).

17.İsmayıl Katib (1889-1938).

18.Qantəmir (1888-1944).

19.Seyfulla Şamilov (1902-1974).

20.Məmmədkazım Ələkbərli (1905-1938).

21.Mikayıl Müşfiq (1908-1938).

22.Mustafa Quliyev (1893-1938).

23.Ömər Faiq (1872-1937).

24.Ruhulla Axundov (1897-1938).

25.Salman Mümtaz (1884-1937).

26.Seyid Hüseyn (1887-1937).

27.Sultanməcid Qənizadə (1866-1942).

28.Süleyman Vəliyev (1916-1996).

29.Tağı Şahbazi Simürg (1889-1938).

30.Vəli Xuluflu (1894-1938).

31.Yusif Vəzir Çəmənzəminli (1887-1943).

Kütləvi repressiyalar xalqın qəlbində qorxu hissini gücləndirib, sovet quruluşuna etiraz etmək mümkünlüyünü heçə endirdi.Böyük terror illərində partiyanın yaşlı üzvlərinin məhvindən sonra onun sıralarında yaranmış boşluğu Stalin sistemi yeni gənc nəslin hesabına doldurmağa çalışmışdı.İ.Stalinin yeni kadrları Azərbaycan SSRİ-də sovet hakimiyyətinin hərbi təcavüz yolu ilə qurulmasının iştirakçısı olmamışlar və onların siyasi karyerada yüksəliş dövrü məhz 30-cu illərin ikinci yarısına təsadüf edir.Yeni kadrlar xalqın keçmiş tarixi,milli azadlıq hərəkatının məlumatlarından kənarda qalırdı.Yaradılmış sistem gənc nəsli ona uyğunlaşmağa,onun normaları çərçivəsində hərəkət etməyə vadar edirdi.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ