Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 24 min 611 nəfər və ya 0,24 faiz artaraq bu ilin sentyabr ayının 1-nə 10 milyon 249 min 500 nəfərə çatıb.
Turkustan.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, oktyabr ayının 1-i tarixinədək işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4 min 826 ailənin qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə həmin tarixə işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 min 304 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2 min 152 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin ümumi sayı 59 min 565 nəfər təşkil edib.
Qeyd edilir ki, ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.