HƏMAS daha 4 cəsədi qaytaracaq


“Reuters”in məlumatına görə Həmas dörd israilli məhbusun cəsədini təhvil verəcəyi barədə vasitəçilərə məlumat verib.

Turkustan.az xəbər verir ki, çatdırılma bu axşam saat 22:00-da gözlənilir.

İsrail son günlər geri qaytarılan 4 cəsədin israilli məhbuslara aid olduğunu təsdiqləyib.

HƏMAS və İsrail arasında əldə olunan məhbus mübadiləsi razılaşmasına əsasən, İsrail həbsxanalarında olan 1968 fələstinli azad edilib.

HƏMAS sağ qalan 20 israilli məhbusu azad edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ