Avropa Yayım Birliyi (EBU) İsrailin noyabrda keçirilməsi planlaşdırılan Eurovision Mahnı Müsabiqəsində çıxışına icazə verilib-verilməməsi ilə bağlı səsvermənin dekabr ayına qədər təxirə salındığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, BBC-nin məlumatına görə, EBU HƏMAS və İsrail arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra açıqlama verib.
“Yaxın Şərqdə baş verən son hadisələri nəzərə alaraq, EBU-nun İcraiyyə Şurası 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakla bağlı üzvləri arasında təkbətək görüşün keçirilməsi barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Aytən Yaşar/ Turkustan.az