BMT: Türkiyənin Liviyadakı vasitəçilik səyləri təqdirəlayiqdir


BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Tetteh Liviyanın təhlükəsizlik vəziyyətindəki gərginliklə bağlı Türkiyə də daxil olmaqla, vasitəçilik səyləri və müdaxilələrinə görə təşəkkürünü bildirib.

Turkustan.az xəbər verir ki, Tetteh BMT Təhlükəsizlik Şurasının Liviyadakı vəziyyəti müzakirə etmək üçün keçirilən iclasında çıxış edib.

Tetteh qeyd edib ki, Liviyanın qərbində, xüsusən də Tripolidə təhlükəsizlik vəziyyəti çoxdan gərgindir. O, Türkiyənin də iştirak etdiyi səylərlə gərginliyin azaldığını, lakin gərginliyin hələ də 2025-ci ilin mayında razılaşdırılmış atəşkəsi təhdid etdiyini və paytaxtda hərbi eskalasiya riski ilə bağlı ictimaiyyəti narahat etdiyini bildirib.

"Yerli aktyorların və beynəlxalq tərəfdaşların birgə vasitəçilik səyləri sayəsində gərginliyin azaldığını bildirməkdən məmnunam və Türkiyənin bu istiqamətdəki müdaxilələrini təqdir edirəm", - Tetteh bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ