Mehdiyevin nazir müavini olan oğlu ilə bağlı hansı qərar veriləcək?


AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin barəsində həbs qərarı ölkədə şok effekti yaradıb. Bir zamanlar böyük səlahiyyət sahibi olmuş bu adamın ağır cinayətlərdə suçlanması ibrətamizdir.

R.Mehdiyevin barəsindəki bu sensasion qərar yada bir şeyi salır: Onun oğlu Teymur Mehdiyev tutduğu yüksək vəzifədə qalacaqmı? Atası ağır dövləti cinayətlərdə suçlanan oğul Mehdiyev belə strateji vəzifəni tutmaqda davam edəcəkmi? Yada salaq ki, Teymur Mehdiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir. R.Mehdiyev qalmaqallı şəkildə AMEA prezidenti postundan uzaqlaşdırıldıqdan sonra oğlunun da işdən çıxarılacağı deyilirdi. Lakin bu gözlənti özünü doğrultmadı.

Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ