Rusiyanı NATO-suz da uda bilərik – Poroşenko


“Ukrayna NATO-nun iştirakı olmadan da Rusiyanı məğlub edə bilər”.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Petro Poroşenko deyib.

“Biz sizin əsgərlərinizi tələb etmirik, bizə birlik və həmrəylik lazımdır”, – o bildirib.

Poroşenkonun sözlərinə görə, Ukrayna NATO-ya üzv olmadan Avropada dayanıqlığı təmin edə bilməz, ona görə də alyans Kiyev üçün qapılarını açıq saxlamalıdır.

O vurğulayıb ki, NATO-nun rolu Avropanın təhlükəsizlik sistemində həlledici əhəmiyyət kəsb edir.


MANŞET XƏBƏRLƏRİ