Tramp: 2-ci mərhələ indi başlayır


ABŞ prezidenti Donald Tramp Qəzza razılaşması ilə bağlı verdiyi açıqlamada "İkinci mərhələ indi başlayır" deyib.

Turkustan.az xəbər verir ki, Donald Tramp cəsədlərin hələ təhvil verilmədiyini də bildirib.

20 əsirin təhvil verilməsindən özünü yaxşı hiss etdiyini deyən Tramp, "Böyük bir yük götürüldü. Amma iş tamamlanmadı. Söz verilən cəsədlər geri qayıtmadı. Artıq 2-ci mərhələ başlayır" dedi.

HƏMAS daha dörd əsirinin cəsədini geri qaytaracağını açıqlamışdı. İsrail cəsədlərin geri qaytarılmaması halında Rəfah sərhəd keçid məntəqəsini açmayacağını bəyan etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ