Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
II Dünya müharibəsinin başlanmasına səbəb olan Molotov-Ribbentrop paktının imzalanmasına gedən yol
1936-cı ildə Almaniya və İtaliya İspaniyadakı vətəndaş müharibəsində ispan millətçilərini dəstəkləsələr də, Sovet İttifaqı qismən sosialistlərin üstün olduğu İkinci Respublika tərəfdarlarını müdafiə edirdi. Beləliklə, İspaniya Vətəndaş müharibəsi Almaniya və SSRİ arasında proksi müharibəyə çevrildi.1936-cı ildə Almaniya və Yaponiya Antikomintern paktına daxil oldular. Növbəti il pakta İtaliya da qoşuldu. Avtoritar iqtisadi modelə və Britaniya ilə ittifaqın qeyri-mümkünlüyünə görə Hitler Almaniyası Sovet İttifaqı ilə yaxınlaşmağa başladı. Bu prosesdə təkcə iqtisadi faktorlar rol oynamasa da, yaxınlaşma prosesinə Almaniyanın Sovet İttifaqından xammal ixrac etmək istəməsi də təkan vermişdi. Hər hansısa müharibə halında gözlənilən Britaniya blokadası Almaniyada bir neçə həyati əhəmiyyətli xam maddənin çatışmamasına səbəb olacaqdı. Münhen sazişindən sonra Alman hərbi təchizatında artan ehtiyac və Sovet İttifaqının hərbi texnikaya tələbləri iki ölkə arasında danışıqların başlanmasına səbəb oldu. Danışıqlar 1938-ci ilin sonundan 1939-cu ilin martına qədər davam etdi. Üçüncü Sovet Beş İllik Planına görə Sovet İttifaqının yeni sənaye texnikalarına və alətlərinə ehtiyacı var idi. Almaniyada isə müharibə planlayıcıları hesablamışdılar ki, Sovet xam maddələri olmadan Almaniya müharibəyə girsə fəlakətlə üzləşə bilər.
Molotov-Ribbentrop paktı və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsidi. Nasist Almaniyası və Sovet İttifaqı arasında neytrallıq barədə imzalanmış paktdır. Müqavilə 23 avqust 1939-cu ildə Almaniya xarici işlər naziri İoahim fon Ribbentrop və Vyaçeslav Molotov arasında Moskva şəhərində imzalanmışdır.
Paktın maddələrinə əsasən hər iki fəhlə partiyası digərinə sülh zəmanəti verirdi və heç bir hökumətin öz müttəfiqi olsa belə,digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi.İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli protokol əsasında Polşa ərazisi iki dövlət arasında bölüşdürülür, Litva, Latviya, Estoniya və Finlandiyanın ruslar tərəfindən işğalı Almaniya tərəfindən tanınırdı. Avropa iki dövlət arasında nüfuz dairələrinə bölünürdü. Almaniya Bessarabiyaya marağının olmamasını elan edirdi. Moldovanın ruslar tərəfindən işğalı nasistlər tərəfindən rəmən tanınırdı.
Bundan sonra Almaniya 1 sentyabr 1939-cu ildə Polşanın işğalına başladı. Hitlerin müttəfiqi İosif Stalin də 17 sentyabr tarixində Polşanın işğal edilməsi üçün əmr verdi. Polşanın arxadan Sovet İttifaqı tərəfindən vurulmasından sonra ölkənin bütün müdafiə qabiliyyəti çökdü. Bu hadisədən 1 gün sonnra Xalxin Qolda Sovet-Yapon atəşkəsi qüvvəyə mindi.Polşanın bu iki müttəfiq dövlət tərəfindən birgə işğal edilməsindən sonra əlavə Alman-Sovet razılaşması ilə yeni sərhədlər təsbit edildi. Finlandiyanın tamamının ruslar tərəfindən işğalına müttəfiqləri Almaniya tərəfindən razılıq verilsə də Qış müharibəsindən sonra 1940-ci ilin mart ayında Sovet İttifaqı Finlandiyanın yalnız Kareliya və Sala bölgəsinin bir hissəsini özünə ilhaq edə bildi. Bunun ardınca Estoniya, Latviya, Litva və Rumıniya (Bessarabiya,Şimali Bukovina və Hertza bölgəsi) də Sovet İttifaqı tərəfindən işğal edildi.Alman faşizmi və rus kommunizminin mistik cəhətdən birləşməsi tamamlandı.Sovet İttifaqı Polşanın birgə müttəfiq ordular tərəfindən işğal edilməsinə haqq qazandırmaq üçün Polşadakı etnik belaruslar və ukraynalılar barədə narahat olduqlarını bildirmişdi.
1939-cu il Sovet İttifaqının Polşanı işğal etməsi zamanı ilhaq edilmiş torpaqlar (Kurzon xəttinin şərqi) Sovet İttifaqının əlində qaldı və hal-hazırda, Ukrayna və Belorusiyaya aiddir. Keçmiş polyak ərazisi Vilno isə halhazırda Litvanın ərazisidir və paytaxt Vilnus orada yerləşir.Yalnız Belostok bölgəsi və Qalisiyanın kiçik bir hisəsi olan San çayının şərqi Przemysl ətrafı İkinci Dünya müharibəsindən sonra Polşa dövlətinə qaytarıldı. SSRİ tərəfindən 1939-1940-cı illərdə ilhaq edilmiş digər ərazilər olan Finlandiyanın Qərbi Kareliya, Petsamo, Estoniyanın Eston İnqiriyası və Petseri və Latviyanın Abren bölgələri hətta, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra belə Rusiya Sovet Federativ Sosialist Respublikasının varisi olan Rusiya Federasiyasının ərazisi olaraq qalır. Rumıniyadan ilhaq edilmiş ərazilər də Sovet İttifaqına birləşdirilmişdi. Bu ərazilər əsasında Moldova SSR təşkil edilmiş, digər bölgələr isə Ukrayna SSR-ə verilmişdi. Hal-hazırda, Bessarabiyanın daxili torpaqları əsasında Moldova formalaşmışdır, Bessarabiyanın şimal hissəsi,Şimali Bukovina və Hertza isə birləşdirilmiş və Çernivtsi oblastı adı ilə Ukraynaya daxil edilmişdi.Cənubi Bessarabya isə Ukraynanın Odessa oblastına birləşdirilmişdi.
Avqust danışıqları
1939-cu il avqustun əvvəllərində Almaniya və Sovet İttifaqı iqtisadi razılaşmanın son detallarını da işləyib hazırladılar və siyasi müttəfiqlik razılaşmasının müzakirəsinə başladılar. Onlar bir-birlərinə 1930-cu illərin ortalarında iki dövlətin xarici siyasətdə niyə bir-birlərinə düşmən olduğunu izah etməyə çalışırdılar. Lakin nümayəndələr hər iki dövlətin ideologiyasında ortaq nöqtələri də vurğulayırdılar.Bu ortaq nöqtə kapitalizm düşmənçiliyi idi. Müzakirələrdə deyilmişdi: “Almaniya, Benito Mussolini İtaliyası və Sovet İttifaqının ideologiyalarında bir ortaq nöqtə vardır-kapitalist demokratiyasına qarşı olmaq.Bu üç sosialist dövlətin qərb demokratiyalarının yanında durması çox qeyri-təbii görünərdi”.
Nasional Sosialist Alman Fəhlə Partiyası və Ümumittifaq Kommunist Bolşeviklər Partiyası bir- birinə ekiz qardaşlar kimi bənzəyirdilər.Alman Fəhlə Partiyası alman millətçiliyinə Ümumittifaq Kommunist Bolşevilkər Partiyası Velikorus şovinizminə əsaslanırdı.
Ruslar “Velikiye rus”,-deyə yeni nəğmələr oxudular. Bu yeni nəğmə internasional nəğməsinin yerini aldığı üçün Sovet İttifaqında olan bütün qeyri-rus millətləri də “velikiye rus”,-deyə bağırmalı oldular.
Eyni zamanda Britaniya,Fransa və Sovet nümayəndəli alman hücumunun reallaşacağı halda nə cür reaksiya göstərəcəklərini və hərbi məsələləri həll etmək üçün avqust ayında Moskvada 3 tərəfli görüşlər keçirmək qərarına gəldilər. Üçtərəfli görüşmələr avqust ayının ortalarında özünün pik nöqtəsinə çatdı. Əsas müzakirə mövzusu isə almanların Polşaya daxil olacağı halda Sovet İttifaqının necə davranmalı məsələsi idi. Sovet İttifaqı alman hücumu reallaşacağı halda Polşaya daxil olma icazəsi istəyirdi. Britaniya və Fransa nümayəndələri isə bu icazə üçün Polşanın razılığını almağa çağırırdılar. Polyak rəsmiləri Sovet ordusuna bu icazəni vermək istəmirdilər.Polşanın xarici işlər naziri Jozef Bek bildirmişdi ki, Polşa hökuməti Sovet ordusunun Polşaya girdikdən sonra birdə oranı tərk etməyəcəyindən qorxur.
19 avqust 1939-cu ildə Alman-Sovet Ticarət müqaviləsi imzalandı. 21 avqustda Sovet İttifaqı Britaniya və Fransa ilə danışıqları dayandırdı. Eyni gündə Stalin alman nümayəndəliyindən hücum etməmə paktı ilə birgə Polşanın yarısı (Vistula çayı), Latviya, Litva, Estoniya, Finlandiya və Bessarabiyanın Sovet işğal dairəsində qəbul etmələri barədə gizli protokolla təminat müqaviləsi bağladılar. Həmin gecə Stalin paktı imzalayacaqlarını və 23 avqustda Ribbentropu qəbul edəcəyini bildirdi.
23 avqust 1939-cu ildə İoahim fon Ribbentropun rəhbərlik etdiyi alman diplomatlarını,rəsmi şəxslərini və fotoqraflarını daşıyan iki Folk-Vulf təyyarəsi Moskvaya endi.Nasist partiyası rəhbərləri təyyarədən enərkən Sovet hərbi orkestri “Deutschland, Deutschland über Alles”-i ifa edirdi. Nasistlərin gəlişi ən xırda detallarına qədər yüksək səviyyədə planlanmışdı. Klassik Sovet oraq və çəkicinin yanında əvvəllər propoqanda fimi üçün Sovetfilm studiosunda istifadə edilmiş Alman svastikalı bayraq qoyulmuşdu.Təyyarədən endikdən sonra Ribbentrop və Qustav Hilger Moskvadakı alman səfiri olan Fridrix-Verner fon der Şulenburqla əl görüşdükdən sonra Stalinin mühafizəçisi Nikolay Vlasiklə limuzinə minərək Qırmızı Meydana doğru yola çıxdılar.Maşınlar NKVD tərəfindən qorunur və idarə olunurdu.Limuzin SSRİ hökumətinin baş ofisinə çatan zaman Stalinin şəxsi müşaviri Aleksandr Poskrebişev tərəfindən qarşılandı. Nasist partiya nümayəndələri otağa lüks mebellərlə döşənmiş nərdivanla çıxdılar. Stalin və onun xarici işlər naziri Vyaçeslav Molotov alman nümayəndələrini böyük təəccüb hissi ilə qarşıladılar. Stalinin xarici nümayəndələrlə görüşməkdən qaçdığı bir çoxlarına məlum idi və görüşdə onun özünün şəxsən iştirak etməsi SSRİ-nin danışıqlara nə qədər önəm verməsi kimi qiymətləndirilmişdi.
İyulun sonlarında və avqustun əvvəllərində Sovet və alman nümayəndələri planlanan iqtisadi razılaşmanın bir çox detallarında razılığa gələ bildilər. İndi isə məsələ siyasi razılaşmanın əldə edilməsi idi. Sovet nümayəndələri isə siyasi razılığın yalnız iqtisadi razılıq əldə edildikdən sonra müzakirəsinin tərəfdarı idi.
23 avqust 1939-cu il Molotov-Ribbentrop paktı imzalandıqdan sonra 25 avqust 1939-cu ildə New York Times qəzeti bu məsələ barədə bir səhifəlk yazı dərc etdi.Yazı “Nasist gizli danışıqları” adlanırdı və “Sovetlər Reyx şərqdə razılaşdılar” deyə qeyd edilirdi.26 avqustda qəzet pakt barədə yaponların qəzəbini və fransız kommunistlərinin təəccübünü yazdı.Qəzet Kanadanın Monreal şəhərindən amerikan professoru və Çikaqo Universitetinin müəllimi Samuel N.Harperin açıq formada dediyi sözləri yayımladı. Professor Harper hücum etməmə paktı ilə yanaşı almanlarla sovetlərin Şərqi Avropada nüfuz bölgüsü məsələsində də razılığa gəldiklərinə inandığını demişdir.Qəzet 30 avqusta olan nömrəsində Sovet İttifaqının qərbdəki sərhədlərini formalaşdırmaq üçün Uzaq Şərqdən 200.000 əsgər gətirdiyini yazmışdır.
Gizli protokol
Nasional Sosialist Alman Fəhlə Partiyası və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Qərb demokratiyasına qarşı mübarizəni əsas götürərək fəhlə sinfi naminə birgə mübarizəni qəbul etdilər.23 avqustda 10 illik hücum etməmə paktı imzalandı. Pakta bu müddəalar daxil idi: müzakirələr, hər hansı tərəf razılaşmadıqda arbitraj,əgər bir tərəf üçüncü bir gücə qarşı müharibəyə girərsə neytrallıq. Sovet İttifaqının İzvestiya qəzetinin 21 avqust 1939-cu il tarixli “Sovet-Alman əlaqələri haqqında” məqaləsində deyilirdi: Sovet-Alman ticarət və kredit müqaviləsi bağlandıqdan sonra, Almaniya ilə SSRİ arasında siyasi əlaqələrin yaxşılaşdırılması məsələsi ortaya çıxdı. Həmçinin, pakta əlavə olaraq gizli protokol da mövcud idi. Bunun mövcud olması 1945-ci ildə Almaniyanın məğlub olmasından sonra ortaya çıxdı. İmzalanma zamanı Ribbentrop və Stalin mehriban formada söhbətləşdilər və tostlar mübadiləsi etdilər.1930-cu illərdə ölkələr arasındakı əvvəlki düşmənçilik məsələlərini belə müzakirə etdilər. Onlar Britaniyanın həmişə Alman-Sovet əlaqələrini dağıtmağa çalışdığını bildirdilər və Ribbentrop Stalinə Antikomintern paktının Sovet İttifaqına yox,qərb kapitalist demokratiyasına, “qorxmuş London şəhər knyazlığına (yəni britaniyalı maliyyəçilərə) və ingilis dükançılara qarşı olduğunu bildirdi”.
24 avqustda Pravda və İzvestiya qəzetləri paktın qeyri-qizli maddələrini öz səhifələrində dərc etdilər. Xəbər indi pis mənada məşhur olan foto ilə dərc edilmişdi. Fotoda Molotov Stalinin gülərək kənardan baxması fonunda paktı imzalamasını əks etdirirdi. Xəbər bütün dünya liderləri və mətbuat orqanlarında şok effekti yaratdı. Polşanın iki müttəfiq dövlət tərəfindən birgə işğalı sonunda Brestdə birgə qələbə paradı keçirildi. Paradda alman hərbçilərə general-mayor Haynts Vilhelm Qudrean və Sovet əsgərlərinə Semyon Krivoşeyn komandanlıq edirdi. Sovet və alman hərbçiləri Lublin şəhərində birgə qələbə tədbirləri keçirdilər.
Sovet İttifaqının Kresini işğal etməsindən 11 gün sonra Molotov-Ribbentrop gizli protokolları və Alman-Sovet Dostluq, Korporasiya və Demarkasiya müqaviləsini imzalandı.Bununla da Polşada Sovet-alman sərhədi dəqiq formada müəyyən edildi.
Ardı var