İndoneziyada qəribə hadisə baş verib. Belə ki, polis, güclü küləkdən sonra hamilə qaldığını bildirən gənc qadının iddialarına əsasən araşdırma aparır.
Turkustan.az xəbər verir ki, İndoneziyanın Qərbi Cava əyalətində S.Zainah adlı qadın keçən həftə sağlam bir qız dünyaya gətirib. O, yerli mediaya açıqlamasında bildirib ki, sübh namazı qılarkən qəfildən külək əsib və hər şey belə başlayıb. Qadın küləkdən 15 dəqiqə sonra mədəsində artan şiddətli bir ağrı hiss etməyə başladığını, qarnının böyüdüyünü və təcili olaraq xəstəxanaya aparılıb doğum həyata keçirdiyini açıqlayıb.
Qəribə hamiləlik xəbəri həmin ərazidə və sosial mediada da maraqla qarşılanıb. Yerli hakimiyyət orqanları vəziyyətdən xəbərdar olduqda, gənc qadının evini ziyarət ediblər. Onlar ananın və 2,9 kq ağırlığındakı körpənin sağlam olduğunu vurğulayıblar.
Mütəxəssislər ehtimal ki, qadın doğulana qədər hamilə olduğunu bilməyib və gizli hamiləlik dövrü keçirib. Qadının ərini 4 ay öncə tərk etdiyi bildirilib.