Rusiyanın Nijnevartovsk şəhərinin Sülh küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.
Turkustan.azxəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Son məlumata görə, 5 nəfər həlak olub, 10 nəfəri dağıntılar altından xilas etmək mümkün olub.
Xəstəxanaya 3 yaralı yerləşdirilib ki, onlardan da 2-nin vəziyyəti ağırdır.
Hazırda axtarış-xilasetmə işləri aparılır. Evlərdən 52 nəfər təxliyə edilib.
İlkin ehtimala görə, qaz sızmasından dolayı yaranan partlayış uçquna səbəb olub.
***
Yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb. /axar.az/