Rusiyalı deputat Azov döyüşçülərinə görə edam cəzasına qoyulan moratoriumun ləğvini təklif edib.
Turkustan.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Azov döyüşçülərinə cəza vermək üçün istisna hal kimi Rusiyada ölüm hökmünə qoyulan moratoriumun ləğvini təklif edib.
"Əgər onların insanlığa qarşı törətdiyi dəhşətli cinayətlər sübuta yetirilərsə, mən Rusiyada ölüm hökmünə qoyulmuş moratoriumu ləğv etmək və məhkəməyə ölüm cəzasının tətbiqi imkanlarını nəzərdən keçirmək təklifimi bildirəcəyəm!", – deyə Slutski bildirib.
Qeyd edək ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin "Azov" alayının döyüşçülərinin əsir götürülən rus əsgərləri ilə mübadiləsinə qadağa qoyulması barədə müvafiq protokol göstərişi hazırlamağı tapşırıb.
/konkret.az/