Prezidentin xüsusi nümayəndəsindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA


"Zəngilandan keçən 110 kilometrlik dəmiryolu qurulub. Bu, şəhərləri daha keyfiyyətli şəkildə birbirinə bağlayır"

Turkustan.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Urbisiddən Dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda nəqliyyatın inkişafından danışarkən bildirib.

O, qeyd edib ki, tarixi olaraq bu torpaqlar Avropa və Asiya arasında körpü rolunu oynayıb:

"Bu gün isə Qarabağ öz rolunu yenidən qazanır. Böyük hədəflər güclü nəticələri doğurur. Şəhərdə 110 kilometrlik dəmiryolu qurulub, bu isə şəhərləri birbirinə keyfiyyətli şəkildə bağlayır. Həmçinin, Zəngəzur dəhlizinin icrası ciddi şəbəkə qurma imkanı yaradır. Zəngilan Beynəlxalq Hava Limanının qurulması isə bütün hava yolları nəqliyyatını şəhərə bağlayır və biznesin inkişafına təkan verir".

Xüsusi nümayəndə bildirib ki, işğaldan azad olunan ərazilərin yenidənqurması zamanı ən çox çətinlik çəkilən problem minatəmizləmədir.

O vurğulayıb ki, hazırda vətəndaşların yaşadıqları yerlər təhlükəsiz olsa da, hələ də mina problemi mövcuddur.

"Böyük Qayıdış Proqramı çərçivəsində bir çox şirkətin birlik içində töhfə verməsi nəticəsində dayanıqlı şəhərlər qurulub, Rahat, təmiz, müasir, yaşıl sahələr qurmaq Böyük Qayıdış Proqramın əsas hədəflərindən biridir. Zəngilan da maksimum şəkildə “ağıllı şəhər”ə çevrilib. Bir çox binalarda günəş panellərindən, rəqəmsal sistemlərindən istifadə edilir. Bu isə inkişafı dəstəkləyir. Təbii ki, dayanıqlı dəyişim iqtisadi güc olmadan mümkün deyil".


MANŞET XƏBƏRLƏRİ