İngiltərə Rusiyanın muzdlu qruplaşması “Vaqner”lə bağlı Türkiyə də daxil olmaqla bir çox ölkədə təşkilatlara qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
London Rusiyanın muzdlu “Vaqner” qrupu ilə bağlı Rusiya vətəndaşları da daxil olmaqla 46 yeni sanksiya tətbiq edəcəyini açıqlayıb.
Hökumətin verdiyi açıqlamada, sanksiyalar çərçivəsində Türkiyə, Çin və Orta Asiyada yerləşən və avadanlıq alətlərinin, mikroelektron hissələrinin və pilotsuz uçuş aparatlarının hissələrinin istehsalı və daşınması proseslərində iştirak edən təşkilatların da hədəfə alındığı bildirilib.
Açıqlamada, üç Afrika ölkəsində, yəni Mərkəzi Afrika Respublikası, Liviya və Malidə Vaqnerlə əlaqədə olduqları üçün fərd və təşkilatlara sanksiya tətbiq ediləcəyi bildirilib.
Eltac Zülfüqaroğlu/Turkustan.az