Ukraynalı əsiri qılıncla edam etdilər - ŞOK FOTO


Rusiya hərbçiləri silahsız ukraynalı hərbi əsiri edam ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, əsirin əllərini bağlayıblar və üzərində “Kursk üçün” yazılan qılıncla öldürüblər.

Ukrayna Ali Radasının deputatı Dmitri Lubinets bildirib ki, bu cür hərəkətlər Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

deyib ki, Rusiya tərəfindən növbəti insan hüquqları pozuntusunun qeydə alınması barədə beynəlxalq təşkilatlara, BQXK-ya və BMT-yə məktublar göndərilib.

“Ayrıca qeyd etmək istərdim ki, bu cür nümayişkaranə edamlar Ukrayna cəmiyyətini ruhdan salmağa yönəlib. Lakin bu cür hərəkətləri görüb işğalçıya qarşı mübarizədə daha qətiyyətli olmalıyıq”, - Lubinets vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ