Oxlobıstin: "Ukraynalılar eynən rusdur, sadəcə nasistdirlər"


Ukrayna dövlət kimi mövcud olmamalıdır, lakin onun əhalisi rus millətinin bir hissəsidir”.

Turkustan.az xəbər verir ki, bu sözləri rusiaylı aktyor İvan Oxlobıstin deyib.

O, bildirib ki, ingilis həmkarı ondan ruslarla ukraynalıları necə ayırd etməyi soruşub. Aktyorun sözlərinə görə, ukraynalıların nasist olması istisna olmaqla, praktiki olaraq heç bir fərq yoxdur.

“Bəli, Ukrayna mövcud olmamalıdır, lakin bu o demək deyil ki, biz ukraynalıları məhv etməliyik. Bu bizim bir hissəmizdir. Mənim bir dostum var, bir ingilis, deyir – rusu ukraynalıdan ayıra bilmirəm, onlar necə fərqlənirlər? Demək olar ki, heç nə ilə. Ukraynalılar eynən ruslardır, sadəcə nasistlər”, – Oxlobıstin bildirib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ