Rusiya: "Bizim ərazimizdə Britaniya silahlarından istifadə edilərsə..."


Mətbuat katibi Mariya Zaxarova: Rusiya Ukrayna ərazisində və onun hüdudlarından kənarda Britaniyanın hədəflərini vura bilər.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xəbərdarlıq edib ki, Ukrayna Rusiya ərazisində Britaniya silahlarından istifadə edərsə, Moskva cavab addımı atacaq və Londonun hədəflərini vuracaq.

Britaniya silahlarının Rusiya ərazisində istifadəsi ilə bağlı mətbuata açıqlamalar verən Zaxarova, belə bir ssenarinin baş verəcəyi təqdirdə, Rusiyanın "Ukrayna ərazisində və onun hüdudlarından kənarda" Britaniya hədəflərini vura biləcəyini bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukraynanın Rusiya daxilindəki hədəfləri vurmaq üçün Londonun verdiyi silahlardan istifadə etmək hüququna malik olduğunu deyib.

Buna reaksiya verən Moskva İngiltərənin bu ay taktiki nüvə raketlərinin buraxılışını simulyasiya etmək üçün təlimlər keçirməyi seçməsinə səbəb kimi onun bəyanatını göstərib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ