Təxribat, yoxsa səhlənkarlıq? - Helikopter qəzasında müəmma (AÇIQLAMA)


Xəbər verdiyimiz kimi, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter ötən gün qəzaya düşüb. Qəza zamanı İran lideri və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti həlak olublar.

Hələlik rəsmi İran mənbələri tərəfindən qəzanın baş vermə səbəbi açıqlanmayıb.

Bu qəzanın baş verməsi hər hansısa bir dövlətin təxribatı nəticəsində baş verə bilərimi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.

Elxan Şahinoğlu:

Politoloq bildirib ki, “hesab edirəm ki, helikopter təbii hava şəraitinə görə qəzaya uğrayıb. Düzdür indi bir çox sui-qəsd şüphələri var. Bir çox versiyalar var ki, kənardan və ya daxildən müdaxilə olunub. Bəli, hələ də cavabı olmayan bəzi suallar var. Niyə bu havada helikopter havaya qalxıb? Niyə 3 helikopter havadaykən biri itibsə, digəri geri qayıdıb axtarışa başlayayıb? Əllbəttə bu suallar var.

Amma bütün hallarda bu qəzanın səbəbinin hava şəraiti olduğunu söyləmək olar. Bundan əlavə, İran sanksiyalara görə uzun illərdir ki, helikopter və təyyarələrinin avadanlıqlarını yeniləyə bilmir. Bunlar köhnə model helikopterlər, köhnə model təyyarələrdir. Elə prezidentin olduğu helikopter də şah dövründə ABŞ-dan alınmışdı. Çünki İran sanksiyalara görə helikopter və təyyarələri təmir edə bilmir. Düşünürəm ki, bunun daha çox təbii qəza ilə əlaqəsi var.

Amma İranın içərisindəki qüvvələrdə İran prezidenti bu riskə atmamalıydılar. Belə hava şəraitində helikopterin uçması və təyyarələrlə müşahidə olunmaması müəyyən suallar doğurur”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ