İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gözlənilmədən səfər edib və ölkə prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Turkustan.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “Kan” məlumat yayıb.
"Baş nazir israilli iş adamına məxsus şəxsi təyyarə ilə səyahət edib. Bu, Netanyahunun İranla müharibə zamanı Əbu-Dabiyə əvvəlki səfəri zamanı istifadə etdiyi təyyarə ilə eyni idi", - məlumatda deyilir.
Görüşün "Haarets" qəzetində Netanyahunun guya 7 oktyabr 2023-cü il ərəfəsində hazırlanan HƏMAS hücumu ilə bağlı BƏƏ prezidentindən telefonla xəbərdarlıq aldığı barədə dərc olunmuş məqalə fonunda baş tutduğu dəqiqləşdirilir. Lakin qəzetin məlumatına görə, İsrailin baş naziri bu məlumatı kəşfiyyat xidmətlərinə ötürməyib./publika.az